YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Dövlətimizin sosial siyasətinin mühüm istiqamətləri mövcuddur

«Dövlətimizin sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var. Belə ki, birinci istiqamətdə sosial müdafiənin elementi olan müavinət sistemindən sığorta sistemi ayrıldı». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, ölkə Prezidentinin sosial siyasətində ikinci mühüm addım regionlarla idarəetmədir. Onun sözlərinə görə, məhz regionlardakı infrastrukturların bərpası vasitəsilə əmək ehtiyatlarının üzə çıxarılmasını və nəticə etibarilə əhalinin sosial müdafiəsini təmin edən, onların kəndlərdən şəhərə axınını minumuma endirən bir neçə dövlət proqramı həyata keçirilib.

«Təmsil olunduğum Yeni Azərbaycan Partiyasının da əsas prinsiplərindən biri sosial ədalətin təmin olunması istiqamətində fəaliyyətdir. Partiyanın daxili siyasət strategiyasında da sosial və iqtisadi məsələlər önəmli yer tutur. Belə ki, YAP hər zaman ölkəmizin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəallığını artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa üstünlük verib»- deyə, S.Hüseynova qeyd edib.