YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: 2014-cü ilin ötən dövrü ərzində 2632 sahibkara 129 milyon manat güzəştli kredit verilib

2014-cü ilin ötən dövrü ərzində 2632 sahibkara 129 milyon manat güzəştli kredit verilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayev qeyd edib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

«İndiyədək təkcə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1255 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, taxılçılıq və üzümçülük təsərrüfatlarının, çörək zavodu, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Bununla da , 4800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb»- deyə, icraçı direktor qeyd edib.