YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” işə başlamışdır

İyulun 4-də Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” öz işinə başlamışdır.

Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunan konfransın devizi “Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması”dır.

Tədbirə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutlarının və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçı qatılmışdır.

Tədbirdə Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Mərasimi açan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən danışmışdır.

Konfransda çıxış edən Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru xanım Klaudia Luçiani konfransın formatını yüksək qiymətləndirərək bu tədbirdə qarşıda qoyulan hədəflərə nail olunacağına əminliyini ifadə etmişdir.

Klaudia Luçiani konfransda müzakirə olunacaq mövzular barədə məlumat vermişdir. Bildirmişdir ki, ikigünlük konfransda mövzuya aid məqamlara aydınlıq gətiriləcəkdir.

Sessiyalarla işini davam etdirən konfrans iyulun 5-də başa çatacaqdır.

 

DİGƏR Xəbərlər Arxiv