YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: YAP Gənclər Birliyi iyulun 6-da «Yay məktəbi»nə start verəcək

«Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi iyulun 6-da «Yay məktəbi»nə start verəcək. 2007-ci ildən etibarən bu layihə ənənəvi olaraq hər il reallaşdırılır». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bu dəfə «Yay məktəbi»ndə iştirak edəcək gənclərin sayı 800 nəfər olacaq. Onların təxminən 40 faizini region gəncləri təşkil edəcək. Sədrin sözlərinə görə, bu prosesdə fəallıq göstərən gənclərə üstünlük verilir.

Gənclərin bir neçə mərhələdə qrup halında «Yay məktəbi»ndə iştirak edəcəyini deyən S.Orucov qeyd edib ki, tədbir ilk mərhələdə Oğuz rayonundakı “Afra” otelində və Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində təşkil olunacaq.

««Yay məktəbi» ilə əlaqədar artıq bəzi gənclər müxtəlif layihələr təqdim ediblər. Eyni zamanda, ənənəvi olaraq bu tədbirlərdə YAP-ı təmsil edən millət vəkilləri, dövlət və hökumət nümayəndələri gənclərlə görüşəcək. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov, partiyanın digər funksionerləri də ənənəvi olaraq hər il gənclərlə bu layihə çərçivəsində görüşürlər. Görüşlərdə müxtəlif mövzularda diskussiyalar aparılır, gəncləri maraqlandıran suallar cavablandırılır. «Yay məktəbi»ndə Ümummilli lider Heydər Əliyevin ideyaları, eləcə də Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin uğurlarının təbliği və digər məsələlərlə bağlı gənclərlə iş aparılır. Həmçinin, bu layihə çərçivəsində gənclərin asudə vaxtlarının daha səmərəli keçirmələri üçün də tədbirlər görülür»- deyə, S.Orucov vurğulayıb.