YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Mükəmməl islahatlar kursu nəticəsində ölkəmizdə çoxsaylı iş yerlərinin açılmasını nəzərdə tutan dinamik iqtisadi inkişaf təmin edilib

«Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ötən dövrdə ölkəmizdə dayanıqlı və çoxsaylı iş yerlərinin açılmasını nəzərdə tutan dinamik iqtisadi inkişaf təmin edilib». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi prosesinin, qeyri-neft sektorunun və regionların, davamlı dövlət dəstəyi şəraitində sahibkarlığın inkişafı da sürətlənib. Onun sözlərinə görə, kəskinləşən qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi vəziyyət normaldır.

«Qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorları olan ölkələrin milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab olunur. Milli iqtisadiyyatın bu risklərə hazır olması və mənfi xarici iqtisadi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, respublikada yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadi şaxələndirmə və neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sayəsində mümkün olub»- deyə, komitə sədri vurğulayıb.