YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA-da Elm Tarixi Muzeyi yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Elm Tarixi Muzeyi yaradılacaq. Bu barədə qərar AMEA rəyasət heyətinin iyunun 29-da Şamaxı şəhərində keçirilmiş növbəti iclasında qəbul edilib.

AMEA-dan bildiriblər ki, iclasda bu qurumun vitse-prezidenti, akademik İbrahim Quliyev ölkəmizdə elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu söyləyib.

Akademik muzeylərin Azərbaycanın tarixinin, ədəbiyyatının, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib. Bu qurumların maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu söyləyərək zəngin muzey şəbəkəsinə malik olan respublikamızın bütün şəhər və rayonlarında müxtəlif profilli muzeylərin yaradıldığını qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv