YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İstanbulun Atatürk hava limanında törədilmiş terror çox sarsıdıcıdır

«İstanbulun Atatürk hava limanında  törədilmiş terror çox sarsıdıcıdır. XXI əsrdə belə bir dəhşətli olayın baş verməsinə yalnız üzülmək olar».  Bu fikirləri Milli Məclisin deputatı  Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, qardaş Türkiyəni terror yolu ilə zəiflətmək istəyən qüvvələr heç bir istəklərinə nail ola bilməyəcəklər. Onun sözlərinə görə, terrorun nə milləti, nə də vətəni olur.

«Türkiyə böyük dövlətdir. Ona görə də onun dünyada güclənməsini, yerini və rolunu möhkəmlətməsini istəməyən qüvvələr çoxdur. Bu qüvvələr belə dəhşətli hadisələrlə Türkiyədə vəziyyəti qarışdırmağa çalışırlar. Biz dövlət olaraq, millət olaraq hər zaman qardaş Türkiyəmizin yanındayıq»- deyə, E.Məmmədov vurğulayıb.