YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Azərbaycan son dövlər çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb

«Bu gün Azərbaycanda 3 min qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Bu təşkilatların 300-nü Azərbaycan gənclər təşkilatları təşkil edir. Hər bir gənclər təşkilatı bir liderlik deməkdir. Təbii ki, belə təşkilatları öz ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası da çox fəaldır». Bu sözləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov "Azərbaycan Könüllülük Xidməti" Proqramı və "Gənclər mərkəzləri və gənclər evləri" Virtual xəritəsinin təqdimatı mərasimində çıxışı zamanı deyib.

T.Süleymanov bildirib ki, hazırda Azərbaycanın 28 rayonunda Gənclər Mərkəzləri və evləri fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycan son dövlər çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb.

«Biz indiyədək keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bunlardan ən böyüyü Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi olub. Artıq gələn il də ölkəmizdə Bakıda 2015 Avropa Olimpiya Oyunları keçiriləcək. Təbii ki, bütün bunlar ölkəmizin uğurları sayılır»- deyə, T.Süleymanov vurğulayıb.