YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya və Fransa xarici işlər nazirləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransaya səfəri zamanı bu ölkənin xarici işlər naziri Loran Fabuis ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə məlumat verib.

O deyib: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransanın xarici siyasət idarələrinin rəhbərləri iyunun 29-da keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək, may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparacaqlar”.