YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır

«Dövlət gənclər siyasətinin nəticəsi olaraq Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində nüfuzlu universitetlərdə təhsil alır, respublikamızı çoxsaylı regional, beynəlxalq tədbirlərdə layiqincə təmsil edir, respublikanın hərtərəfli inkişafına öz töhfəsini verir». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayevin sözlərinə görə, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

«Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub» - deyə, İ.Babayev vurğulayıb.