YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan bütün xalqların dinc və mehriban şəraitdə yaşadığı məkanlardan biridir

«Azərbaycan bütün xalqların dinc və mehriban şəraitdə yaşadığı məkanlardan biridir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, mövcüd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli,çoxkonfessiyalı diyar a çevirib. Onun sözlərinə görə, ölkəmiz  dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanıdır.

«Bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən dövlət siyasəti həyata keçirilir. Bu siyasət multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini də özündə ehtiva edir»- deyə, K.Əliyeva qeyd edib.