YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan danışıqlara heç bir şərt qəbul etmədən qoşulub

Aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri, təbii ki, qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz.

Bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşdə bildirib.

“Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub.

Vyana görüşünün Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirildiyini qeyd edən Prezident bu görüşün müsbət nəticələrinin olduğunu, Ermənistan tərəfinin qoyduğu şərtlərin qəbul edilmədiyini, Azərbaycan tərəfinin hər hansı bir sənədə imza atmadığını diqqətə çatdırıb.

Sankt-Peterburq görüşünə toxunan Prezident İlham Əliyev bu görüşün müsbət nəticələrinin olduğunu vurğulayaraq deyib: “Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcəkdir. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır”.

 

DİGƏR Xəbərlər Arxiv