YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədət Quliyev: Aprel döyüşləri Ermənistanı dərin psixoloji sarsıntıya məruz qoyub

“Aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çöx böyükdür”.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı yazdığı məqaləsində qeyd edib.

M.Quliyev bildirib ki,ilk növbədə, qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müdətdə orada möhkəmlənməyi bacarmışlar:

“Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilmişdir ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir. Beləliklə də, düşmən təbliğatının “erməni əsgərinin məğlubedilməzliyi” barədə “mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxmışdır. Azərbaycan əsgəri istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirmişdir”.

M.Quliyev vurğulayıb ki, məlum olduğu kimi, bu uğurlu hərbi əməliyyatın nəticəsində Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilmiş, ordumuz hətta bundan bir neçə dəfə böyük ərazini tam nəzarətə götürməyə müvəffəq olmuşdur:

“Əsgər, gizir və zabitlərimizin şücaəti Azərbaycan cəmiyyətindəki vətənpərvərlik ruhunu coşdurmuş, Ermənistan əhalisini və işğalçı qüvvələri dərin psixoloji sarsıntıya məruz qoymuşdur. Eyni zamanda, düşmənin və onun havadarlarının münaqişədə status-kvonun dəyişilməzliyi ilə bağlı xəyalları puça çıxmış, beynəlxalq ictimaiyyət, xüsusən, vasitəçilik missiyasını indiyədək ədalətlə deyil, ətalətlə yerinə yetirən tərəflər xalqımızın səbrinin tükəndiyini, Azərbaycanın öz hərbi gücünü və qətiyyətini real şəkildə ortya qoyduğunu görərək təcili hərəkətə gəlmişlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Münaqişənin tez bir zamanda həll edilməsi ilə bağlı konkret addımların atılmasının vaxtı çatmışdır, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcəkdir. Əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev həm müdrik rəhbər, həm istedadlı sərkərdə, həm də vətənpərvər bir azərbaycanlı kimi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz xidmətlər göstərir və onun fədakarlığı, qətiyyəti, əzmkarlığı tezliklə qalibiyyətlə nəticələnəcəkdir”.

 

DİGƏR Xəbərlər Arxiv