YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Bir sıra Avropa təsisatları effektivliklə fəaliyyət göstərmək iqtidarında deyil

«Təəssüf ki, bir sıra Avropa təsisatları daha əvvəlki effektivliklə fəaliyyət göstərə bilmək iqtidarında deyil». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, nümunəvi müştərək Avropa Evinin qurulması, qanunun aliliyinin daha artıq bərqərar olması, insan hüquq və azadlıqlarının daha geniş ölçüdə təmin edilməsi səmtində Avropa təsisatlarının gördüyü işlərin təsiri və əhəmiyyəti çox böyükdür. Onun sözlərinə görə, lakin uzaqdan görünən və yaxından, xüsusən də daxildən izlənilən  Avropa təşkilatlarının fərqi var.

«Bəzən kənardan ideal təsəvvür edilənin içəridən seyr edilərkən çox qüsurlu olduğunu da duyur, hərdən kömək umduğumuz təşkilatların özlərinin yardıma ehtiyacı olduğunu dərk edirik. Çoxdan Avropa Şurasında biz islahatların zəruriyyətindən danışmırıqmı, bu istiqamətdə az, ya çox effektli ayrı-ayrı cəhdlər etmirikmi? Təbii ki, belə təşəbbüslər başqa nüfuzlu beynəlxalq təşkilatlarda da edilir. Lakin təəssüf ki, səmərə heç də həmişə arzulanan kimi olmur»- deyə, R.Hüseynov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv