YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkədə “Elektron imza" istifadəçilərinin sayı 13 milyonu ötüb

“Elektron imza" istifadəçilərinin sayı artmaqda davam edir. Belə ki, bu il iyunun 1-dək olan statistikaya əsasən, bu vaxtadək dövlət qurumları üzrə 59 min 100, fiziki şəxslər üzrə 16 min 120, hüquqi şəxslər üzrə isə 15 min 310 “elektron imza” sertifikatı istifadəyə verilib. Ümumilikdə isə, indiyədək Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi “e-imza” sertifikatlarının sayı 90 min 530-a çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, mayda istifadəyə verilən “elektron imza” sertifikatının sayı 2 min 792 təşkil edib. Onlardan dövlət qurumları üzrə 2 min 318, fiziki şəxslər üzrə 46, hüquqi şəxslər üzrə isə 428 “e-imza” sertifikatı istifadəyə verilib.

“Elektron hökumət” portalının autentifikasiya vasitələrindən biri sayılan “elektron imza” vasitəsilə iyunun 1-dək həyata keçirilən sənəd imzalama və autentifikasiya tranzaksiyalarının toplam sayı dövlət qurumları tərəfindən 11 milyon 95 min 46, hüquqi və fiziki şəxslər tərəfindən isə 2 milyon 411 min 725 olmaqla, ümumilikdə 13 milyon 506 min 771 olub.