YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədət Quliyev: Prezident İlham Əliyevin AŞPA-nın sessiyadakı parlaq nitqi dünya miqyasında reaksiya verilən bir hadisədir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin parlaq nitqi bütün ölkə ictimaiyyəti kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin şəxsi heyəti tərəfindən də rəğbətlə qarşılanıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Xidmətin Baş İdarəsinin şəxsi heyətinin toplantısında qurumun rəisi, ədliyyə nazirinin müavini, general-leytenant Mədət Quliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasının ölkəmiz üçün əlamətdar hadisəyə çevrildiyini, Prezident İlham Əliyevin sessiyadakı parlaq nitqinin dünya miqyasında reaksiya verilən bir hadisə olduğunu vurğulayıb. M.Quliyev Azərbaycana qarşı olan qüvvələrin təxribat xarakterli suallarına dövlətimizin başçısının tutarlı arqumentlərlə cavab verdiyini və bu nitqin bütün ölkə üçün qürurverici olduğunu bildirib.

 Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev özünün mükəmməl nitqi ilə müasir dövrün mahir siyasətçilərindən və dövlət adamlarından biri olduğunu təsdiq etməklə, sifarişli iddialarla ölkəmizi gözdən salmağın, ona ləkə yaxmaq cəhdlərinin baş tutmayacağını bir daha nümayiş etdirib.