YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ermənistanın başqa yolu yoxdur

«Hər birimizin ən böyük arzusu  Qarabağ probleminin nəhayət, çox yaxın zamanlarda sülh və və danışıqlar yoluyla ədalətli həllini tapmasıdır». Bu fikri Milli Məclisin  komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü  Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, işğala, təcavüzə, haqsızlığa məruz qalan ölkə olsaq da, hər zaman sülhpərvərlik mövqeyindən çıxış etmişik. Lakin Azərbaycanın bu xoşməramlı, sülpərvər mövqeyi təcazükar Ermənistan dövləti və rəhbərliyi tərəfindən düzgün qiymətləndirilməyib, münaqişənin həllində daim qeyri-konstruktivlik nümayiş etdirilib, stastus-kvo dəyişilməyib.

«Münaqişəsinin həllində vasitəçilik missiyasını öz  üzərinə götürən ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutu da ötən 24 il ərzində istənilən fəaliyyəti ortaya qoymayıb, yaxud, qoymaq istəməyib. Əksər hallarda isə hətta,vasitəçilik missiyasına daban-dabana zidd mövqedən çıxış edilib, təcavüzkara, işğalçıya təzyiq-təsir göstərmək, onun yerində oturtmaq əvəzinə, Azərbaycanı güzəştə getməyə məcbur etməyə cəhd göstərilib, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmayıb. Onların bu mövqeyi də haqlı olaraq zaman-zaman Azərbaycan Prezidenti, ölkə rəhbərliyi, bütövlükdə ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb. Artıq hadisələrin gedişatı onu deməyə əsas verir ki,  ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də, Rusiya  münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər.  Sevindirici bir məqam da odur ki, artıq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı  əsas prinsip kimi götürülüb. Ermənistan da bunu qəbul etmək, anlamaq, hesaba almaq məcburiyyətindədir. Çünki Ermənistanın bunu qəbul etməkdən,  konsrtiktiv mövqeyə gəlməkdən başqa yolu qalmır. Aprel əməliyyatları və ondan sonra yaşananlar Ermənistana acı, ibrət dərsi oldu və olmalıdır. Onlar nəhayət, anlamaq məcburiyyətindədirlər ki, artıq nə beynəlxalq birliyin, nə də Azərbaycan xalqının səbri qalıb.  Odur ki, Ermənistan ya yenidən müharibə variantına getməli, bu isə onlar üçün bütövlükdə və birdəfəlik məhv deməkdir, ya da, münaqişənin həllində konstriktivlik nümayiş etdirməlidir. Onların başqa yolu yoxdur, gec-tez konstruktiv mövqeyə gəlmək, münaqişənin ədalətli həlinə razılıq vermək məcburiyyətindədirlər. Artıq Sank-Peterburq görüşündən sonra da bunun ilkin işartıları görünməkdədir.İnanmaq istəyirəm ki, nəhayət gözləntilərimiz baş tutacaq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, xüsusilə də, Rusiyanın ciddi səyləri nəticəsində Ermənistanı təcavüzkarlıq, qeyri-konstruktivlik mövqeyindən çəkindirmək və sülhə razı salmaq mümkün olacaq. Yəni, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin apardığı səbrli, prqamatik, düşünülmüş siyasət öz müsbəıt nəticəsini verəcək»- deyə, E.İbrahimov vurğulayıb.