YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-nın Türkiyə ilə bağlı mövqeyini tənqid edib

İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının səhər sessiyasında Türkiyə ilə bağlı məruzə ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək Türkiyədəki vəziyyətdən danışıb. O, Türkiyədə demokratik təsisatların funksiyasından bəhs edən məruzənin əsas məqamlarına toxunaraq verilən tövsiyələrə, qiymətləndirməyə və digər məsələlərə görə məruzəçiyə təşəkkür edib.

Səməd Seyidov bu gün mövcud vəziyyət çərçivəsində Türkiyənin mümkün olan bütün imkanlardan istifadə edərək əlindən gələni etdiyini bildirib. O, Türkiyənin təkcə Suriya və regionun digər ölkələrindən gələn qaçqın və miqrantlara 10 milyard dollar xərclədiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri müxtəlif şəhərlərində və bölgələrində terror aktları, partlayışlar ilə üzləşən Türkiyədəki bu mürəkkəb vəziyyətin heç bir Avropa ölkəsində olmadığını, olsa belə həmin ölkələrdə demokratik təsisatların fəaliyyətini bu gün Türkiyədəki səviyyədə təmin etməyin mümkün olmayacağını diqqətə çatdırıb.

Səməd Seyidov deyib ki, məruzədə Türkiyəyə yenidən monitorinq prosedurları tətbiq etməyin lazım olduğu bildirilir. Bu gün Türkiyəyə sanksiya tətbiq etmək yox, ona kömək etmək lazımdır. Türkiyənin terrorizmə qarşı apardığı mübarizə təkcə özü üçün deyil, həmçinin Avropa üçündür. Ölkənin bu vəziyyətini nəzərə almalıyıq.

 

DİGƏR Xəbərlər Arxiv