YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Xalqımız hər il Silahlı Qüvvələri Gününü böyük təntənə ilə bayram edir

«Xalqımız hər il 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü böyük təntənə ilə bayram edir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuz bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir. Onun sözlərinə görə, son dövrlərdə ordumuzun döyüşlərdə göstərdiyi   şücaət, qazandığı qələbələr xalqımızda böyük ruh yüksəkliyi yaratdı, döyüş əzmini artırdı.

«Əminik ki, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında qalan digər torpaqlarımızı da azad edəcək. Qələbə bayrağımız ölkəmizin dilbər guşələri olan Xankəndi və Şuşada dalğalanacaq. Hər zaman torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıq və şücaət göstərməyə hazır olan Azərbaycan əsgəri şəhidlərimizin qanını yerdə qoymayacaq, lazım gələrsə canını belə əsirgəməyəcək»- deyə, M.İbrahimqızı vurğulayıb.