YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv şəkildə keçdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş görüşünə münasibət bildirib.

Nazir deyib ki, görüş konstruktiv şəkildə keçdi. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. “İnanırıq ki, bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”, - deyə Elmar Məmmədyarov bildirib.