YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Qaçqın probleminin həllində Avropa Azərbaycanın təcrübəsindən yararlana bilər

Bu gün Avropada çox ciddi qaçqın problemi yaşanır. Bu problem bəlkə də kulminasiya nöqtəsinə çatıb. Azərbaycan dövləti isə bu problemin həllinə sistemli yanaşıb. Avropa istəyərsə, bizim təcrübəmizdən yararlana bilər.

Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə söyləyib.

Tədbirdə ölkəmizdəki qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə son 20 ildə Azərbaycan dövlətinin, donor ölkələrin və beynəlxalq humanitar təşkilatların qayğısına həsr olunan film nümayiş etdirilib.

Əli Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev son 24 ildə ölkəmizdə qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib. Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 2,5 milyard dollar sərf edilib. Beynəlxalq təşkilatlar, xarici dövlətlər isə bu məqsədlə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıb.

Baş nazirin müavini vurğulayıb ki, son illər qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artıb. Ona görə də bu problemi yaradanlara qarşı səylərimizi birləşdirməliyik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Dövlətqaçqınkomun sədri bu ilin aprelində Ermənistan ordusunun qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alındığını, aprelin 2-5-də Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqları geri qaytarmağa hazır olduğunu göstərdiyini vurğulayıb. O deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev erməni anlarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib.

Əli Həsənov bir həftə sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdsonun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizi tərk edəcəyini deyib.

Daq Siqurdson isə bildirib ki, problemləri həmrəylik, ksenofobiyaya qarşı mübarizə və birgə səylərlə həll etmək mümkündür. Təəssüf ki, kütləvi informasiya vasitələri siyasi qalmaqalları, insan faciələrini işıqlandırır, ancaq qaçqınların problemi sahəsində könüllü fəaliyyəti yetərincə işıqlandırmır. Bu məsələyə də diqqət artırılmalıdır. O, qaçqın probleminin həlli məsələsində digər ölkələrin Azərbaycanın təcrübəsindən yararlana biləcəyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan bu problemlərin öhdəsindən təkbaşına gəlir. Vaxtilə Azərbaycana gələn qaçqınlar indi cəmiyyətə inteqrasiya olunublar.

 

DİGƏR Xəbərlər Arxiv