YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan müsəlman aləmində çox böyük nüfuza və hörmətə malikdir

Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan müsəlman aləmində çox böyük nüfuza və hörmətə malikdir. Bu yaxınlarda - aprel ayında İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünün yekunları da bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev bu fikirləri müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.

Zirvə görüşünün yekunları barədə danışan dövlətimizin başçısı qeyd edib ki, görüşdə Azərbaycana çox böyük dəstək verildi. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel hadisələri ilə bağlı Ermənistanın işğalçı və təcavüzkar siyasəti bütün dünya müsəlmanları tərəfindən bir daha pislənildi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı və bütün müsəlman dünyası öz liderlərinin iştirakı ilə Azərbaycanı bir daha dəstəklədi.

Prezident İlham Əliyev deyib: “Bu, bizim böyük uğurumuzdur. Bu, onu göstərir ki, cəmi 25 il ərzində müstəqil dövlət, o vaxta qədər onilliklər ərzində ateist dövlətdə yaşayan bir xalq - Azərbaycan xalqı bütün müsəlman aləmində çox böyük rəğbətə, hörmətə layiqdir. Biz bunu öz əməyimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Öz dini, milli mənəvi dəyərlərimizə sadiqlik nümayiş etdirərək qazanmışıq. Bu gün bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələri bizi dəstəkləyir, biz onları dəstəkləyirik”.

 

DİGƏR Xəbərlər Arxiv