YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası Azərbaycan üçün son dərəcə əlamətdar olmuşdur

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin parlaq nitqi bütün ölkə ictimaiyyəti kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin şəxsi heyəti tərəfindən də rəğbətlə qarşılanmışdır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, Xidmətin Baş İdarəsinin şəxsi heyətinin iyulun 2-də keçirilən toplantısında qurumun rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasının ölkəmiz üçün əlamətdar hadisəyə çevrildiyini, Prezident İlham Əliyevin sessiyadakı parlaq nitqinin dünya miqyasında reaksiya verilən bir hadisə olduğunu vurğulamışdır. M.Quliyev Azərbaycana qarşı olan qüvvələrin təxribat xarakterli suallarına dövlətimizin başçısının tutarlı arqumentlərlə cavab verdiyini və bu nitqin bütün ölkə üçün qürurverici olduğunu bildirmişdir.

Nazir müavini qeyd etmişdir ki, Prezident İlham Əliyev özünün mükəmməl nitqi ilə müasir dövrün mahir siyasətçilərindən və dövlət adamlarından biri olduğunu təsdiq etməklə, sifarişli iddialarla ölkəmizi gözdən salmağın, ona ləkə yaxmaq cəhdlərinin baş tutmayacağını bir daha nümayiş etdirmişdir.

Tədbirdə baş idarənin şəxsi heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış Avropa Şurası Parlament Assambleyasının iyunun 24-də Strasburqda keçirilən sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi və deputatların suallarına cavablarından ibarət diskə baxmışlar.