YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərirlər

«Prezident İlham Əliyevin sahibkarlığın inkişafına  göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərirlər. Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılıb». Bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev  bildirib ki, ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılıb, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınıb, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilib, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilib. Eyni zamanda, respublikada tətbiq olunan vergi yükü azaldılıb.

«Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunub. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan verib. Bu müddət ərzində 55 mindən artıq yeni müəssisə yaradılıb, 905 mini daimi olmaqla ümumilikdə 1,2 milyon yeni iş yeri açılıb. Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir»- deyə, M.Musayev qeyd edib.