YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanmış dövlətdir

«Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanmış dövlətdir». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ölkəmizin Braziliyada keçiriləcək növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacağı da şübhəsizdir. Onun sözlərinə görə, idmançılarımız bunun üçün əzmlə mübarizə aparacaqlar.

«Azərbaycan idmançılarının növbəti yay olimpiya oyunlarında uğurlu çıxış edəcəyinə inanırıq. Əsas hədəfimiz isə medalların, o cümlədən qızıl medalların sayını artırmaqdır. İnarırıq ki, idmançılarımız Azərbaycanın üçrəngli bayrağını bu möhtəşəm idman tədbirində də zirvələrə qaldıracaqlar. Hesab edirəm ki, xalqımız bu dəfə də böyük idman sevinci yaşayacaq»- deyə, R.Əliyev qeyd edib.