YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Məqsədimiz 2020-ci ilə qədər ölkədə qeyri-neft sektorunu sürətlə inkişaf etdirməkdir

«Hazırda Azərbaycanın 150-dən artıq ölkə ilə ticarət əlaqələri var». Bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev bildirib ki, son 10 ildə ölkəmizin ümumi daxili məhsulu 3,5 dəfə artıb. Onun sözlərinə görə, bu müddətdə Azərbaycanın büdcə gəlirləri 16 dəfə, xarici ticarətdən əldə olunan gəlirləri isə 6,6 dəfə artıb.

«Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. İqtisadiyyat 2,5 faiz artıb. Yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə endirilib. Ölkədə işsizlik səviyyəsi 5%-dir. İqtisadiyyatımız Cənubi Qafqaz iqtisadiyyatının 75 %-ni təşkil edir. Bu gün Azərbaycan regional layihələrin reallaşdırılmasında əsas tərəfdaşlardan biridir. 2006-cı ildə neft-qaz sektoru ümumi daxili məhsulun 60%-ni təşkil edirdisə, indi bu rəqəm 40%-ə endirilib. Məqsədimiz 2020-ci ilə qədər ölkədə qeyri-neft sektorunu sürətlə inkişaf etdirməkdir»- deyə, nazir müavini vurğulayıb.