YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyada nəşr olunan “Bakış” jurnalında erməni yalanları ifşa edilmişdir

Almaniyada nəşr olunan “Bakış” jurnalında Diaspor Jurnalistləri Birliyi idarə heyətinin üzvü Əli Zülfüqaroğlunun məqaləsi dərc edilmişdir.

AzərTAc xəbər verir ki, “Qaranlıqları aydınlaşdıran tarixi faktlar” adlı məqalədə qondarma erməni soyqırımı yalanları ifşa edilir. Yazıda bildirilir ki, Şərqi Anadolu bölgəsində daşnak və hnçak birləşmələrinin qətlə yetirdiyi türklərə aid 185 məzar vardır. Bu məzarların əksəriyyəti Qarsın Subatan kəndindədir. 1918-ci ildə Qars vilayətində 92 kənd dağıdılmış və yandırılmışdır ki, onlardan da biri Subatan kəndidir.

Məqalədə 1918-ci il hadisələrinin şahidlərinə istinadən Subatandakı məzarlıqlardan danışılır. Ermənilər tərəfindən törədilən qırğınlardan bəhs edilərək deyilir: “Qars və Sarıqamışdan geri çəkilən daşnak-erməni birləşmələri o zamanlar türklərin, ermənilərin və rumların birlikdə yaşadıqları Subatan kəndinə də hücum ediblər. Hər yana təsadüfi atəş açan birləşmələr qarşılarına çıxan kəndliləri də getdikləri yerdə amansızcasına öldürüblər. Onlar başlarına baltalarla vurularaq və ya qarınlarına süngü soxularaq öldürülən qadın, uşaq, yaşlı kişi cəsədlərini küçələrdə buraxırdılar. Sənədlərə əsasən Subatan kəndində 570 adamın qətlə yetirildiyi bildirilir”.

Müəllif məqalədə belə kütləvi məzarlıqların Azərbaycanda da mövcud olduğunu qeyd edir.