YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AYİB son iki ildə Azərbaycanda 270 milyon dollar dəyərində 30 layihə həyata keçirib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan ilə tərəfdaşlığı yüksək səviyyədədir. Son iki ildə AYİB tərəfindən Azərbaycanda 270 milyon ABŞ dolları dəyərində 30 layihə reallaşdırılıb. AYİB neft və qeyri-neft sektoru sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti mayın 25-də səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycanda problemli kreditlərin həcmi artıb. Lakin bu proses yalnız Azərbaycan üçün xarakterik hal deyil, digər ölkələrdə də bu cür hallar müşahidə olunur. Əsas məsələ kreditin ödənilməsi mədəniyyətinin formalaşmasıdır. Bu məsələ də, öz növbəsində, həllini tapmalıdır ki, banklar növbəti sərt addımlar atmasınlar. AYİB manatla istiqraz buraxmaqda da maraqlıdır. Artıq bununla bağlı tənzimləyici addımlar atılıb. Bank bu il yerli valyutada istiqrazların buraxılmasına hazırdır", - deyə S.Çakrabarti vurğulayıb.

S.Çakrabarti, həmçinin deyib ki, Azərbaycanda kreditlərin milli valyutada verilməsini artırmaq üçün yeni mexanizm hazırlamaq lazımdır. Lakin bunun üçün Azərbaycan bankları manatla kredit vermək imkanına malik olmalıdırlar.

AYİB prezidenti təmsil etdiyi Bankın Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlı olduğunu, eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılan azad ticarət zonasına investisiya qoyma imkanlarına baxacaqlarını da diqqətə çatdırıb.