YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət və hökumət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edirlər

Dövlət və hökumət başçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç, Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçic, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Çili Respublikasının Prezidenti Mişel Baçelet, İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və başqaları təbrik edənlər arasındadır.