YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM sədrinin müavini: ATƏT PA-nın illik ssesiyasında qurumun Dağlıq Qarabağ münaqişəsindəki rolunu artırmaq barədə müzakirələr aparılacaq

İyul ayında Tiflisdə baş tutacaq ATƏT Parlament Assambleyasının illik sessiyasında əsas müzakirə mövzumuz Dağlıq Qarabağ münaqişəsi olacaq. Bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin qurumun illik sessiyasında ciddi müzakirə olunacağını vurğulayıb: "Aprel hadisələrindən sonra Dağlıq Qarabağ məsələsi bir çox müstəvidə dünya gündəmini zəbt etdi. Bu gün artıq beynəlxaq təşkilatların heç bir rəsmisi bu məsələyə münasibət bildirmədən yan keçə bilmir. ATƏT PA-nın bu dəfəki illik ssesiyasında qurumun Dağlıq Qarabağ münaqişəsindəki rolunu artırmaq barədə müzakirələr aparılacaq. Atəşkəsin sülh üçün bir mexanizm olması haqqında həm onların fikirlərini öyrənəcəyik, həm də öz mövqeyimizi bildirəcəyik”.

B. Muradova hazırkı atəşkəsin məsələnin həllinə yönəlməli olduğunu söyləyib: "Ona görə də ATƏT məsələnin məhz bu tərəflərini dəyərləndirməli və bu istiqamətdə ciddi töhfə verməlidir. Bu, bizim birmənalı tələbimiz və mövqeyimiz olacaq”.