YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır

«Azərbaycan ailəsi dövlətin qayğısı ilə tam əhatə olunub». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. Onun sözlərinə görə, bununla belə yenə də məişət zorakığı hallarına rast gəlinir.

«Azərbaycan parlamenti bu problemlə bağlı müvafiq qanun qəbul edib. Əlaqədar dövlət orqanları da bu yöndə lazımi tədbirlər həyata keçirirlər. Hesab edirəm ki, qadınlara qarşı törədilən cinayətlərin statistikasının aparılması təkmilləşdirilməlidir. Hər il Milli Məclisdə insan alveri ilə bağlı hesabat dinlənilir. Lakin başqa-başqa qurumların hesabatlarına baxanda məlum olur ki, rəqəmlər bir-birinə uyğun gəlmir. Ona görə də baza təkmilləşdirilməlidir ki, statistika dəqiq olsun»- deyə, komitə sədri vurğulayıb.