YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın müdafiə naziri: Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Gürcüstanda keçiriləcək

Biz Azərbaycan və Türkiyə ilə müdafiə sahəsində çox səmərəli əməkdaşlıq edirik. Bu günlərdə Azərbaycanda üçtərəfli görüşümüz oldu və biz çox mühüm məsələləri müzakirə etdik. Düşünürəm ki, bu cür görüşlər hərbi sahədə əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişaf etdirəcək.

Bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli jurnalistlərə müsahibəsində söyləyib.

Nazir deyib ki, əsas məqsədimiz regionda sabitliyi bərpa etmək və Cənubi Qafqazı təhlükəsiz zonaya çevirməkdir. İnanırıq ki, birgə səylərimizlə buna nail olacağıq. Gürcüstanlı nazir deyib: “Bu ilin iyul ayında Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə də biz regional və qlobal təhlükəsizliyə, üçtərəfli əməkdaşlığa dair bir sıra mühüm məsələləri müzakirə edəcəyik. Hazırda görüşün bəzi detalları üzərində iş gedir.