YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fikrət Məmmədov: Korrupsiya məsələsində hər hansı kompromisdən söhbət gedə bilməz

Korrupsiya məsələsində hər hansı kompromisdən söhbət gedə bilməz. Bunu ədliyyə naziri Fikrət Məmmədov Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözərinə görə, bu gün Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. İqtisadi cəhətdən inkişaf edən ölkələrdə isə korrupsiya üçün daha geniş şərait var: "Bu baxımda, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanda korrupsiya ilə barışmaz mübarizə aparılır. Korrupsuya ilə mübarizə sahəsində bir sıra qanunlar qəbul edilib, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib".

F.Məmmədov bildirib ki, Azərbaycanda məhkəmə hakimləri şəffaf qaydada seçilir. Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində irəli sürülən təkliflər ölkə Prezidenti tərəfindən də dəstəklənib.

Nazir əlavə edib ki, ədalətli maddi-təminat müəyyən etmədən hər hansı sahədə, o cümlədən məhkəmədə korrupsiyanın aradan qaldırılması haqqında danışmaq mümkün deyil: "Bununla əlaqədar ölkədə böyük proseslər gedib. Yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 33 dəfə, məhkəmələrin büdcəsi isə 26 dəfə artıb.