YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Rumıniya arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmişdir

İyunun 28-də və 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov Rumıniyanın Baş naziri Viktor-Viorel Ponta ilə görüşmüşdür.

Viktor-Viorel Pontanın Əfqanıstana rəsmi səfəri ilə əlaqədar Azərbaycan Respublikasından tranzit keçidləri zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutan görüşlərdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli iqtisadi, mədəni əlaqələrə dair fikir mübadiləsi aparılmış, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Ciobanu və digər rəsmi şəxslər görüşlərdə iştirak etmişlər.