YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Əmək məhsuldarlığı Azərbaycanın iqtisadi inkişafının əsas indikatoru olmalıdır

«Əmək məhsuldarlığı Azərbaycanın iqtisadi inkişafının əsas indikatoru olmalıdır». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, məşğulluq və əməyin qanuniliyi mövzusu aktual olub və olacaq. Onun sözlərinə görə, əsas məqsədimiz əhalinin gəlirlərinin artım tempi və iqtisadi inkişaf tempi arasında ahəngin təmin edilməsidir.

«Əmək məhsuldarlığı əvvəllər inkişafın prioritet göstəricilərindən biri olub. Vətəndaşlarımızın əməyinin səmərəliliyinin iqtisadi artımın qiymətləndirilməsinin əsas meyarlardan biri olmasına çalışmaq lazımdır. Əmək haqlarının ölkə ÜDM-nə nisbətdə az olması məhz qeyri-leqal işçilərin mövcudluğu ilə izah edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin əmək müqavilələrin elektron qeydiyyat sisteminin reallaşdırılmasında iştirak edən digər dövlət orqanları cəmiyyətin düşüncəsini dəyişməyə, işçilərin qanuni sənədləşdirilməsi təcrübəsini hər yerdə tətbiq etməyə kömək edəcək böyük həcmdə iş görüblər. Bəli, çətin olacaq, çünki hər bir sahibkar xərclərinin az olmasında maraqlıdır. Lakin eyni zamanda, başa düşmək lazımdır ki, leqal işçilərin sayının atması ilə icbari dövlət sosial sığortası üzrə yığımlar, dövlət büdcəsinin gəlirləri çoxalır. Əminəm ki, bu şəraitdə müvafiq qanunvericilik dəyişəcək və sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətini təmin etmək naminə onlara qarşı vergi yükü azaldılacaq. Dövlət büdcəsinin gəlirləri vergi yükünün artması hesabına deyil, vergi ödəyicilərinin sayının çoxalması sayəsində artacaq»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv