YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında müzakirə edilən "Helsinki+40: Hər bir insanın təhlükəsizliyinə doğru" qətnamə layihəsinə hazırkı situasiyaya uyğun əlavə və dəyişiklər var. Bu barədə jurnalistlərə ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev qətnamə layihəsinə münasibət bildirərkən deyib.

Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsinin əksini tapıb-tapmamasına münasibət bildirən A. Quliyev deyib ki, bu ilin aprel ayında Kopenhagendə ATƏT PA-nın Bürosunun iclasında qətnamə layihəsinə 2 mühüm maddə salınmasını təklif edib.

A.Quliyev qeyd edib ki, təəssüf ki, bu gün Azərbaycan da, Ukrayna da belə hal ilə rastlaşıb: "Hesab edirik ki, bu məsələnin konkret bir çərçivəsi müəyyən edilməlidir. Təklifimiz ondan ibarət olub ki, bu gün referendum yalnız həmin ölkələrin qanunlarına və konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilməlidir. Bu, o deməkdir ki, mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz".

A.Quliyev qeyd edib ki, bu gün ilk dəfədir bu məsələ ATƏT PA-nın qətnamə layihəsinə daxil edilib: "Ümid edirəm ki, ATƏT-in Bakı deklarasiyasında bu məsələ öz əksini tapacaq".

 

DİGƏR Xəbərlər Arxiv