YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AZPROMO Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə Bakıda təlim keçəcəkdir

İyulun 1-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsü ilə "Qida sənayesində brendinq anlayışı, brendin yaradılması və marketinq strategiyası" üzrə təlim keçiriləcəkdir.

AZPROMO-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə brendin yaradılması və bazara çıxarılması, marketinq strategiyası, biznesin quruluşu və şirkətlərin məqsədləri mövzularında məruzələr dinləniləcəkdir. Proqramına praktiki məşğələlərin də daxil edildiyi təlimi Xəzər Universitetinin professoru, iqtisad elmləri doktoru Fuad Rəsulov aparacaqdır. İçki məhsulları - şirələr, limonadlar və şərablar üzrə brend yaradılması məsələsinə xüsusi diqqət yetiriləcəkdir.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.