YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası keçirilir

Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 30-da işini siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası ilə davam etdirir.

İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq gündəlik barədə məlumat vermişdir.

Sonra ATƏT Parlament Assambleyasının müxtəlif ölkələrdən olan nümayəndələri finlandiyalı deputat Pia Kaumanın hazırladığı qətnamə layihəsinə düzəlişlərə dair təkliflərlə çıxış etmişlər.

İsveçin Assambleyadakı üzvü xanım Asa Lindestam qətnamədə “böhran” ifadəsinin işlədilməsinin vacibliyini vurğulamışdır.

Kanadalı deputat Cislain Maltes münaqişələrin dinc yolla həll edilməsinin, fundamental hüquqlara hörmət, din, söz, ifadə və digər azadlıqlara insan hüquqları kontekstində baxılmasının önəmini qeyd etmişdir.

Qırğızıstan nümayəndəsi Çunubay Tursunbekov ATƏT-in münaqişələrin həlli üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırmış, danışıqların ikitərəfli və çoxtərəfli formatda davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.