YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Müstəqillik xalqımız üçün ən böyük dəyərdir

“Fərəh hissi ilə qeyd edirik ki, Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab edilir. Bununla belə, müasir Azərbaycanın da abidələri vardır. Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn, dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı vardır. O, bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın bazası yerləşirdi.

Müasirliyin rəmzi olan “Alov qüllələri” paytaxtımızın mərkəzində yerləşir. Alov həyat mənbəyidir, Azərbaycan isə Odlar Yurdu hesab edilir. Bakının rəmzi üç alovdan ibarətdir. Bunu siz orta əsr nümunələrində də görə bilərsiniz.

Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş köhnə zavod yerləşirdi. Buradakı ətraf mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa rəyi vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və müstəqilliyimizi gücləndirmək”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi zamanı çıxışında səsləndirmişdir.

Prezident İlham Əliyev “Müstəqillik xalqımız üçün ən böyük dəyərdir. Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməmişdir”.