YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: ATƏT Parlament Assambleyasının yay sessiyasının Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq miqyasda əhəmiyyətinin və nüfuzunun artmasının göstəricidir

«ATƏT Parlament Assambleyasının yay sessiyasının Bakı şəhərində keçirilməsi bütövlükdə ölkəmizin siyasi həyatında mühüm hadisədir. Bu fakt Azərbaycanın bütün dünyada, o cümlədən Avropa səviyyəsində əhəmiyyətinin, nüfuzunun artmasının bilavasitə göstəricidir. İndi Azərbaycan bir çox beynəlxalq təşkilatların həvəslə öz tədbirlərini keçirmək üçün  seçdikləri məkana çevrilib. İstər siyasi, istər iqtisadi, istərsə də mədəniyyət və idman yönümlü nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında inamla qərarlar qəbul edirlər. Bu, Azərbaycanın inkişafının, xüsusilə beynəlxlaq aləmdə hörmətinin, nüfuzunun, əhəmiyyətinin və rolunun artmasının ifadəsidir». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bütün bunlar Azərbaycanın yüksək dinamika ilə inkişaf etməsindən xəbər verir. Onun sözlərinə görə, iqtisadi inkişaf ölkəmizin bütün sferalarında əhəmiyyətli dəyişiklikərə gətirib çıxarıb.

«Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan modernləşir, müasirləşir, yeniləşir və müasir dünyanın, Avropanın ayrılmaz parçasına çevrilir. Yəni təkcə coğrafi nöqteyi-nəzərdən deyil, inkişaf, mədəniyyət, müasirləşmə baxımından Avropanın bir hissəsini təşkil edirik. Azərbaycanı dünya belə də qəbul edir. Təbii ki, bütün bunlar ölkəmizdəki müsbət dəyişikliklərlə bağlıdır. Xüsusilə, Azərbaycandakı sabitlik və əminamanlıq da bu cür mötəbər tədbirlərin Bakı şəhərində keçirilməsinə əsas yaradır. Bir sözlə, Azərbaycan dünyaya açıq ölkədir. Prezidentimiz Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasındakı çıxışında da bu reallıqları ifadə etdi»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə Ermənistan nümayəndələrinin və onların təxribatçı hərəkətlərinə gəlincə, Əli Əhmədov deyib ki, erməni deputatları hansısa təxribatçı çıxışları ilə öz gücsüzlüklərini göstərmiş olurlar.

«Bakı şəhərinin inkişafını görərkən onlarda qıcıq yaranır və bu qıcıqlarını da belə ifadə edirlər. Bundan narahat olmaq lazım deyil. Ermənilərin Bakı səfər etmələrinin müsbət cəhəti ondan ibarətdir ki, onlar Azərbaycanın inkişafını görür və öz ölkələri ilə müqayisə edirlər. Beləliklə də, Azərbaycanla Ermənistanın inkişaf baxımından nə qədər fərqli olduğunun şahidi olurlar. Ermənilərin təxribat xarakterli çıxışlarına gəlincə, onların layiqli cavabları verilir»- deyə, Baş nazirin müavini qeyd edib.