YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda erməni iddialarına qarşı Türkiyəyə dəstək yürüşü keçirilib

Aprelin 24-də Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı yürüş keçirilib. Ağ Evin qarşısından start götürən yürüş səfirliklərin yerləşdiyi küçələrdən keçib və Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında başa çatıb.

Yürüşdə türkdilli və müsəlman icmaların nümayəndələri, o cümlədən Azərbaycanın Vaşinqton və Nyu York icmalarının fəalları da iştirak ediblər. Nümayişçilər 1915-ci ilin hadisələrinə dair iddialara, islamofobiyaya qarşı şüarlar səsləndiriblər. Bundan əlavə yürüşdə iştirak edən türkdilli icma üzvləri Azərbaycanı dəstəkləyən, erməni terrorunu və Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən şüarlar da səsləndiriblər. Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində üstündə Xocalı soyqırımı haqqında faktların təqdim olunduğu, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən və erməni terrorunu pisləyən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan plakatlar tutublar. Minlərlə nümayişçilərin iştirak etdiyi yürüşün önündə Türkiyə, ABŞ və Azərbaycan bayraqları dalğalandırılıb.

Yürüşdə Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov da iştirak ediblər.

Nümayiş zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları səsləndirilib.