YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın cinayətkar rejimi işğal etdiyi torpaqlarımızda terrorçular yetişdirir

«Ermənistanın cinayətkar rejimi işğal etdiyi torpaqlarımızda terrorçular yetişdirir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, işğalçı dövlətin rəhbərliyi terror təşkilatları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, bu əməkdakdaşlıq nəticəsində işğal olunmuş torpaqlarımızda terrorçulara təlimlər keçirilir.

«Xüsusilə, PKK və ASALA terror təşkilatları Ermənistan hakimiyyəti ilə əlbirdir. Bu terror təşkilatları arasında türklərə qarşı birgə mübarizə aparmaq haqqında razılaşmalar və müqavilələr mövcuddur. Azərbaycanın işğal olunmuş ərazilərində uzun illərdir, yalnız erməni terror təşkilatlarının deyil, dünyada mövcud olan müxtəlif terror təşkilatlarının üzvləri təlimlər keçirlər. Hesab edirəm ki, beynəlxalq birlik bu məslə ilə bağlı qəti mövqe nümayiş etdirməlidir. Çünki terror bütün dünya üçün təhdiddir»- deyə, E.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv