YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Danışıqlar prosesindəki intensivlik əvvəlkilərdən ciddi surətdə fərqlənir

«Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman yol verilməyəcək. Ermənistan istisna olmaqla dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, hazırda ATƏT-in Minsk qrupu münaqişə ilə bağlı ilk növbədə xarici işlər nazirləri səviyyəsində görüş keçirmək istəyir. Onun sözlərinə görə, bu görüşün Rusiya ərazisində, daha çox Kremlin təşəbbüsü ilə baş tutacağı daha çox ehtimal edilir.

«Ona görə də hesab edirəm ki, danışıqlar prosesindəki intensivlik əvvəlkilərdən ciddi surətdə fərqlənir. Əgər əvvəllər sadəcə, görüş naminə görüşlər keçirilirdisə, artıq indi ATƏT-in Minsk qrupu fərqindədir ki, əgər onlar görüşdə konkret nəticə əldə etməsələr müharibənin başlamayacağına heç kim təminat verə bilməz. Çünki cəbhə xəttindəki hadisələrdən sonra həmsədrlər anlayıblar ki, Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil. İstənilən vaxt tərəflər arasında müharibə yenidən başlaya bilər»- deyə, deputat qeyd edib.