YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekvadorda zəlzələdə ölənlərin sayı 600-ü keçdi

Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 602-yə çatıb. /Trend/

Daha öncə 587 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, hadisə nəticəsində təxminən 12 500 nəfər xəsarət alıb, 7000-ə yaxın ev dağılıb, 26 mindən çox adam müvəqqəti tikililərdə yaşayır.

Aprelin 16-ı axşam saatlarında Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.