YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Bu ilin ötən dövründə 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi və sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlərini davam etdirir. Bunu Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövründə 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

«Verilən kreditlərlə müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikləri, üzümçülük, bağçılıq təsərrüfatları, ət və süd emalı və s. istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur»- deyə, Ş.Abdullayev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv