YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Xorvatiya Respublikasının sabiq Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəskinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim.

Münaqişə zonasında mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm.

Atəşkəs rejiminin tezliklə bərpa edilməsinə, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq birdəfəlik həllinə ümid edirəm.”