YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa bəstəkarı Pyer Tiloy: Mənim fikrim Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır

Məşhur fransız bəstəkarı Pyer Tiloy son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.

Açıqlamada deyilir: “Mənim fikrim öz doğma yurduna qayıda bilməyən, yaxınlarını itirən, əcdadlarının torpağında sərbəst gəzə bilməyən, qaçqın düşərgələrində yaşayan, torpaqlarını yalnız uzaqdan seyr edən, həyatdan həzz ala bilməyən, hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır.

Artıq uzun müddətdir ki, incəsənət, xüsusilə musiqi vasitəsilə bu münaqişə haqqında məlumatlılığı artırmağa çalışıram. Mənim bəstələdiyim “XOCALI 613” əsəri elə bir ruhdadır ki, bu, qurbanların xatirəsinə aid əbədi duadır. Xocalı qurbanları heç zaman unudulmayacaq!

Məsələyə siyasi aspektdən yanaşsaq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində (822, 854, 874 və 884) tələb olunduğu kimi, Ermənistanın hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır”.

 

DİGƏR Xəbərlər Arxiv