YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Xaricdə təhsil alan gənclərimizin əksəriyyəti ölkəmizə qayıdır

«Dövlət proqramı əsasında xaricdə təhsil alan gənclərimizin əksəriyyəti ölkəmizə qayıdır». Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. 

C.Bayramov xatırladıb ki, xaricdə təhsillə bağlı 2007-ci ildə Dövlət Proqramı qəbul edilib. Onun sözlərinə görə, yalnız ötən il 1787 nəfər dünyanın müxtəlif yüksək reytinqli ali təhsil müəssisələrinin tələbəsi olmaq statusunu qazanıb. 

«Bu digər illərlə müqayisədə ən yüksək göstəricidir. Onların bir qismi təhsillərini başa vurub diplomlarını alıb. Bunların əksəriyyəti Azərbaycana qayıdıb və müxtəlif dövlət, özəl şirkətlərdə işlə təmin olunur. Dövlət Proqramı ilə bağlı qəbul edilmiş sənədlərdə həmin tələbələrin ölkəyə qayıdarkən dövlət qulluğuna üz tutarlarsa, onlar üçün sadələşdirilmiş işə qəbul mexanizmləri var. Təhsil Nazirliyi olaraq biz özümüz bundan istifadə edirik. Həmin məzunlardan nazirlikdə işə qəbul olunanlar da var»- deyə, nazir müavini vurğulayıb.