YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azsığorta” şirkəti 2013-cü ildə 20,8 milyon manatdan çox mənfəət əldə etmişdir

“Azsığorta” şirkəti 2013-cü ilin maliyyə yekunlarını açıqlamışdır.

Şirkətindən bildirmişlər ki, “Azsığorta” ili 20,8 milyon manatdan artıq mənfəətlə başa vurmuş, dövlət büdcəsinə 6 milyon manatdan artıq vergi ödəmişdir. Şirkətin xalis mənfəəti 16,7 milyon manat təşkil etmişdir.

“Azsığorta” Rumıniyada keçirilən FİAR-2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumunda Azərbaycanın qeyri-həyat sığortası bazarında ən böyük mənfəət əldə edən sığorta şirkəti kimi mükafata layiq görülmüşdür. Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində şirkətin mükafatlandırma mərasimi olmuşdur.

Qeyd edək ki, “Azsığorta” ASC əməkdaşlarının və regionlardakı filiallarının sayına görə, ölkənin ən böyük sığorta şirkətlərindən sayılır.