YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın Azərbaycana səfəri başlayıb

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın Azərbaycana səfəri başlayıb.

6-8 aprel tarixlərini əhatə edəcək səfər zamanı onun Azərbaycanın dövlət rəsmiləri ilə görüşü gözlənilir. Həmməruzəçinin prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziriFikrət Məmmədov, ombudsman Elmira Süleymanova, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament üzvləri ilə görüşü nəzərdə tutulub. O, həmçinin parlamentdən kənar müxalif partiyalar, vətəndaş cəmiyyətinin üzvləri, hüquq müdafiəçiləri və media nümayəndələri ilə də görüşəcək. Məlumat APA-nındır.